Prezidentin köməkçisi Şuşa ili bağlı PAYLAŞIM ETDİ

 08:58 02.01.2022     191

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov özünün tviterdəki hesabında Şuşa ili bağlı paylaşım edib.

Redaktor.az  xəbər verir ki, Şahmar Mövsümov paylaşımında “Şuşa ilimiz mübarək!” sözlərini yazıb. Prezidentin köməkçisi paylaşımına Şuşa ili, Qarabağ Azərbaycandır həştəqlərini də əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan edib. Bunu Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi qeyd olunacaq.