Ramiz Abutalıbovun nəşi Bakıya gətiriləcək

 12:28 02.01.2022     715

Dünən vəfat edən Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi sabah günorta saatlarında ölkəyə gətiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Tahir Tahiroviç məlumat verib.

T.Tahiroviç qeyd edib ki, R. Abutalıbovun nəşi bu gün vəfat etdiyi xəstəxanadan təhvil alınacaq. Sabah günorta saatlarında isə Bakıya gətiriləcəyi planlaşdırılır.

Xatırladaq ki, R.Abutalıbovun nəşi Bakıda, II Fəxri xiyabanda dəfn olunacaq (modern.az).