Azərbaycanda alim vəfat etdi - FOTO

 13:53 02.01.2022     342

Yanvarın 1-də pedaqoq və metodist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mədinə Qiyasbəyli dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, Mədinə Qiyasbəyli uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Mədinə Qiyasbəyli 1948-ci il mayın 6-da Bakı şəhərində anadan olub. Mədinə Qiyasbəyli xarici dil kimi rus dili üzrə tədris vəsaitləri komplektlərinin hazırlanmasına ciddi töhfələr verən metodist-alim olub (report).