Bərdə sakini dəm qazından zəhərləndi

 15:47 02.01.2022     242

Bərdədə dəm qazından zəhərlənmə qeydə alınıb.

Redaktor.az xəbər verir ki, rayonun Hacılı kənd sakini, Mehdiyev Qafur Kamran oğlu yaşadığı evdə hamamda çimərkən halı pisləşib.

Hadisə yerinə çağırılan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib. Daha sonra o, dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir (report).