Şabranda iki bacı dəm qazından zəhərləndi

 16:29 02.01.2022     293

Şabranın Rəhimli kəndində iki bacı dəm qazından zəhərləniblər.

Redaktor.az xəbər verir ki, ilk əvvəl 1986-cı il təvəllüdlü Aygün İntiqam qızı Bayramova vanna otağında huşsuz vəziyyətdə tapılıb. O, təcili tibbi yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Günün ikinci yarısında isə ailənin digər üzvü, 1984-cü il təvəllüdlü Günay İntiqam qızı Bayramova da dəm qazından zəhərlənmə diaqnozu ilə eyni xəstəxanaya yerləşdirilib.

Vəziyyəti orta ağır olduğundan tibbi yardım göstərildikdən sonra xəstəxanada saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.