Ramiz Abutalıbovla vida mərasimi bu tarixdə keçiriləcək

Tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi bu gün axşam saatlarında Azərbaycana gətiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə rejissor Tahir Tahiroviç özünün feysbuk hesabında məlumat verib.
Onun sözlərinə görə, mərhumla vida mərasimi 4 yanvar saat 12:00-da "Təzəpir" məscidində keçiriləcək.
Qeyd edək ki, Ramiz Abutalıbov II Fəxri xiyabanda dəfn olunacaq.
