Təcili yardım həkimini təhqir edən şəxs saxlanıldı

 12:28 03.01.2022     1400

Füzulidə Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir edən və polisə tabesizlik göstərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinə yanvarın 1-də saat 20 radələrində 8 saylı Qayıdış qəsəbə sakini S.Hüseynovun xəstə olan anası üçün çağırışa gəlmiş Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir etməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək S.Hüseynovu intizama dəvət etmişlər, lakin o, polis əməkdaşlarına tabesizlik göstərib.
S.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.