Sürücülərin nəzərinə! - Sabah bu ərazidə diqqətli olun

Sabah səhər saatlarından Bakının Heydər Əliyev prospektinin Mircəfər Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarları yuyulacaq.
Bu barədə Redaktor.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
"Sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə qurum bəyan edib.