Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

 16:34 03.01.2022     1082

Azərbaycanda son 24 saatda koronavirus infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib.