Ramiz Abutalıbovun nəşi Bakıya gətirildi

 19:27 03.01.2022     503

Tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi Bakıya gətirilib.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya rejissor Tahir Tahiroviç məlumat verib.

O bildirib ki, görkəmli diplomatla vida mərasimi sabah saat 12:00-da Təzə Pir məscidində baş tutacaq. R.Abutalıbov II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada vəfat edib.