Koronavirus xəstəsi küçədə saxlanıldı - FOTO

 09:50 04.01.2022     419

Sabirabad rayonunda koronavirus xəstəsi saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Redaktor.az-a bildirilib.

Rayonun Qəfərli kənd sakini E.Quliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

2