"L Equipe" jurnalı Messi və Ronaldonu rəmzi yığmaya salmadı

 17:59 04.01.2022     515

Fransanın nüfuzlu "L Equipe" jurnalı 2021-ci ilin yekunları əsasında rəmzi yığmanı təqdim edib.

Redaktor.az xəbər verir ki, ilin komandasında Kriştiano Ronaldo ("Mançester Yunayted", Portuqaliya) və "Qızıl top"un hazırkı sahibi Lionel Messiyə (PSJ, Argentina) yer verilməyib.

Qapıçı: Eduar Mendi ("Çelsi", Seneqal)

Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Ruben Diaş ("Mançester Yunayted", Portuqaliya), Markinyos (PSJ, Braziliya), Teo Ernandes ("Milan", Fransa)

Yarımmüdafiəçilər: N Qolo Kante ("Çelsi", Fransa), Jorjinyo ("Çelsi", İtaliya), Kevin De Bröyne ("Mançester Siti", Belçika), Məhəmməd Salah ("Liverpul", Misir)

Hücumçular: Kərim Benzema ("Real Madrid", Fransa), Robert Levandovski ("Bavariya", Polşa)

Qeyd edək ki, "Qızıl top" mükafatı uğrunda səsvermədə Lionel Messi "L Equipe" nəşrinin rəmzi komandasındakı bütün futbolçuları arxada qoyub.

Vumart və Güvən reklamı Vumart Güvən