Vilayət Eyvazovdan yeni təyinat

 09:45 05.01.2022     880

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Əjdər Əliyev Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib. 

O, bu təyinata qədər Şabran RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışıb (oxu.az).