Gürcüstanda azərbaycanlı yeniyetmələr nişanlandı - FOTO

 15:47 05.01.2022     717

Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Ferma kəndində 15-16 yaşlı oğlan və qızın nişanlanması barədə məlumatlar yayılıb.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə yer alan foto və videolarda iddia olunan nişan mərasimində yeniyetmələrin bir-birinin barmağına üzük taxması əks olunub.

Yayılan məlumatlara əsasən, qız 9-cu sinif şagirdidir, onun ailə üzvü ictimai məktəbdə çalışır.

Qızın babası Şaxal İsmayılov yerli mətbuata nişanın baş tutması faktını təkzib edərək bildirib ki, nəvəsinin ad günü qeyd olunub və üzük ona hədiyyə kimi təqdim edilib.

Gürcüstanın insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ölkənin Daxili İşlər Nazirliyini (DİN) faktla bağlı araşdırma aparmağa çağırıblar. DİN-dən məsələ ilə bağlı hələ heç bir şərh verilməyib (report).

2