Bakıda eks-deputatdan gözlənilməz addım: Ağacları kəsərək ərazini zəbt edib? - FOTO

 18:00 05.01.2022     619

Milli Məclisin eks-deputatı Nəriman Əliyevin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 C ünvanında anbar sahəsini artırmaqla sözügedən ərazini pul və ya nüfuz hesabına zəbt edərək adına rəsmiləşdirdiyi iddia olunur.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Məlumatda iddia olunur ki, eks-deputat həmin ərazidə ağacları kəsərək məhv edib və boş ərazi şəkilində saxlayıb.

Faktla əlaqədar güc strukturlarına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə "oxu.az"a bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı qurumun əməkdaşları tərəfindən araşdırma aparılır.