Vilayət Eyvazov bu rayona rəis müavini təyin etdi

 21:36 05.01.2022     1152

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Abbas Paşa Göyçay rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini təyin olunub. 

O, bu təyinata qədər Göygöl rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi vəzifəsində çalışırdı (oxu.az).