Narkotikin təsiri altında olan daha bir sürücü SAXLANILDI

 14:20 06.01.2022     4306

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini Habil İmanquliyevin etdiyi “VAZ-2106” markalı avtomobil Hacıqabul rayonu ərazisində yerləşən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib.

H.İmanquliyev polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342-ci maddələri ilə protokollar tərtib olunub.

Sabirabad rayon Məhkəməsinin qərarı ilə H.İmanquliyev 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.