Fevralın 15-dən kimlərin “Peyvənd sertifikatı” etibarsız sayılacaq? - AÇIQLAMA

 14:32 06.01.2022     2864

"İkinci dozadan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici doza qəbul olunmalıdır".

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əks halda 2-ci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Həmçinin bildirilib ki, “İmmun sertifikatı” olan şəxs xəstəliyindən 6 ay keçdikdən sonra buster doza qəbul edibsə, onun “İmmun sertifikatı” “Peyvənd sertifikatı” ilə əvəzlənir. Bu səbəbdən fevralın 15-dən həmin şəxsin “Peyvənd sertifikatı”nın müddətinə hər hansı bir məhdudiyyət qoyulmayacaq (apa).