Nazirdən işdən çıxarılan rəisin yerinə TƏYİNAT - FOTO

 17:02 06.01.2022     463

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə yeni rəis təyin edib.

Redaktor.az xəbər verir ki, nazir Muxtar Babayevin müvafiq əmri ilə Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdiri Xalıqverdi Hüseynov vəzifəsindən azad edilərək Meşələrin İnkişafı Xidmətinə rəisi təyin olunub. 

Xatırladaq ki, Baş prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Lənkəran, İsmayıllı, Masallı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsi olaraq Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırov vəzifəsindən çıxarılıb (qaynarinfo).

2