Vilayət Eyvazov idarə rəisini təqaüdə göndərdi

 10:21 07.01.2022     628

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-leytenant Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi polkovnik-leytenant Mahir Məmmədyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.  

Onun yerinə hələlik təyinat yoxdur. 

Məlumatı BDYPİ-dən oxu.az-a təsdiqləyiblər.

Qeyd edək ki, M.Məmmədyarov 2016-cı ilin sentyabrında bu vəzifəyə təyin olunmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən