“Azəriqaz”ın işçisi itkin düşüb 

 14:09 07.01.2022     7380

Masallıdan Bakıya gəlmək üçün evdən çıxan 44 yaşlı kişi itkin düşüb.

Redaktor.az-ın məlumatına görə, həmin şəxsin qohumları bildiriblər ki, Cəbiyev Qalib Eynulla oğlu 3 yanvar 2022-ci ildə səhər saat 6 radələrində iş üçün Bakıya gedəcəyini deyərək evdən çıxıb və geri qayıtmayıb:

“Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayırdı, "Azəriqaz”ın işçisidir. Həmin gün səhər tezdən evdən çıxıb ki, iş üçün Bakıya gedir. Həmin gündən ondan xəbər yoxdur. Nə telefonuna zəng çatır, nə də özü zəng edib bir məlumat verir. Ailəsi, uşaqları çox narahatdır”.

Bu şəxsi görənlərdən (051) 977 44 52 nömrəsinə zəng etmələri xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən