Azərbaycanda yoluxanların karantin müddəti azaldılacaq?

 10:16 08.01.2022     1068

Xəbər verdiyimiz kimi, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Elm Şurasının iclasında çıxış edərkən bildirib ki, koronavirus testləri pozitiv çıxanların karantin müddəti yeddi gün olaraq müəyyən edilib. “Yeddi gündən sonra yüngül, ya da heç simptom göstərməyən şəxslər üçün karantin müddəti başa çatacaq. Testi müsbət çıxanlar yoluxmanın beşinci günü test verəccəkləri və mənfi çıxacağı halda, karantin müddəti bitəcək. Təmasda olanlar son üç ay içində buster doza vurdurublarsa və ya xəstəliyi keçiriblərsə, karantinə alınmayacaqlar. Onlar maskadan istifadə etməklə gündəlik həyatlarına davam edəcəklər" - deyə nazir bildirib.

Bəs görəsən, bu qayda Azərbaycanda da tətbiq edilə bilərmi? Ümumiyyətlə koronavirus xətəsi 7 günə sağala bilərmi?

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış Redaktor.az-a bildirdi ki, bu məsələ ilə bağlı qərarları Nazirlər Kabineti yanında Opertaiv Qəraragh verə bilir:
“Bu, TƏBİB-in səlahiyyətində olan bir məsələ deyil. Qərarları Operativ Qərargah verir”.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə həmişəki kimi nə telefonu açdı, nə də göndərdiyimiz sorğuya cavab verdi.

Tanınmış həkim-radioloq Aydın Əliyev hesab edir ki, Türkiyədə tətbiq olunan qaydalar Azərbaycan üçün aktual deyil:

"7 günə sağalmaq az hallarda mümkündür. 11-12 günə sağalmaq olur. Bəzən 14-cü gün də testi müsbət çıxanlar olur. Bu baxımdan, düşünürəm ki, yoluxanların karantin müddətinin 7 gün olması, bizdə aktual olmayacaq".

Şəbnəm MEHDİZADƏ