Peyvənd olunanların sayı açıqlandı

 16:52 07.01.2022     525

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə 31 844 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 059, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 976, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 809 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 439 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 178 595, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 688 646, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 572 050 təşkil edir.