Bakıda Zəfər abidəsinə görə çoxmərtəbəli bina sökülür

 12:22 08.01.2022     546

Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.

Redaktor.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətindən binanın söküləcəyini təsdiqləyiblər.

Bildirilib ki, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. İcra hakimiyyətindən əlavə ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir.