Bakıda polis ehtiyatsızlıq nəticəsində özünü öldürdü

 15:16 08.01.2022     371

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. 

Redaktor.az xəbər verir ki, atəş açılması nəticəsində Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır (oxu.az).