Bakıda 3 qadın dəm qazından zəhərləndi

 09:13 09.01.2022     109

Bakıda 3 nəfər dəm qazından zəhərlənib.

Redaktor.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsində 1984-cü il təvəllüdlü Cəfərova Həmidə Şakir qızı, 1996-cı il təvəllüdlü Məmmədova Nərmin Əlifağa qızı, Bakıxanov qəsəbəsində 1992-ci il təvəllüdlü Cəfərova Aysu Ədalət qızı dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.