Paytaxtda 25 yaşlı gənc bıçaqlandı

 09:27 09.01.2022     120

Bakıda 25 yaşlı gənc bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Novruzov Sakit Məhəmməd oğlu bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub.

S.Novruzova xəsarət yetirməkdə qardaşı şübhəli bilinir.

Hadisənin təfərrüatı araşdırılır.