Yasamalda yol qəzası, 57 yaşlı kişi xəsarət aldı

 10:35 09.01.2022     306

Bakıda avtomobil 57 yaşlı kişini vuraraq ağır xəsarətlər yetirib.

Redaktor.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Hüseyn Cavid prospektində yolu keçən 1965-ci il təvəllüdlü Hüseynov Fuad Fətulla oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.