Bakıda qohumlar dəm qazından zəhərləndi

 10:49 09.01.2022     318

Bakıda qohumlar dəm qazından zəhərlənib.

Redaktor.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Həsənova Aliyə Təmkin qızı və 1981-ci il təvəllüdlü İsgəndərova Sona Vahid qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən