Bərdədə narkotik satan şəxs saxlanıldı

 12:10 09.01.2022     163

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

Redaktor.az xəbər verir ki, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun 866 saylı qəsəbə sakini, əvvəllər məhkum edilmiş Elçin Əliyev saxlanılıb. E.Əliyevin yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədi ilə qablaşdırdığı marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır (report).