Şabranda qadın dəm qazından zəhərləndi, vəziyyəti ağırdı

Şabranda qadın dəm qazından zəhərlənib
Redaktor.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Xuraman Arif qızı Həsənova Qalib Quliyev küçəsində yaşadığı evdə dəm qazından zəhərlənib.
O, təcili tibbi yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zərərçəkənə tibbi yardım göstərilib və o, reanimasiyya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.