Bakıda fəhlə qadının çörək zavodunda faciəvi şəkildə ölməsinin görüntüləri - VİDEO

 17:47 09.01.2022     1125

Xəbər verdiyimiz kimi, yanvarın 7-si çörək zavodunda fəhlə işləyən qadın qurğuya düşərək həyatını itirib. 

Redaktor.az xəbər verir ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Həmin görüntüləri təqdim edirik: