Azərbaycanda tələbə vəfat etdi

 10:41 10.01.2022     541

Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi vəfat edib.

Bu barədə Redaktor.az-a ali məktəbdən məlumat verilib.

Qeyd olunub ki, LDU-nun "Tarix-coğrafiya və incəsənət" fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasının tələbəsi Maral Anar qızı Quluzadə uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.