Ermənistan cəmiyyətində azərbaycanofobiya

 18:12 10.01.2022     680

Bugünkü Ermənistan cəmiyyətində azərbaycanofobiyanı, türkfobiyanı dərinləşdirməyi “millətə xidmət”in optimal variantı kimi qəbul edən bütöv bir sosial təbəqə formalaşmaqdadır. Bu “xidmət” elə geniş intensivliklə tətbiq edilir ki, bir müddət sonra ölkə vətəndaşlarında təşviş pozuntusunu müəyyənləşdirmək üçün Zanq cədvəli yetərli olmayacaq.

Redaktor.az xəbər verir ki, sosial şəbəkədə bu fobiyanı dərinləşdirən erməni “vətənpərvərlər” çoxdur, lakin onların arasında parlamentin sabiq deputatı, “siyasətçi” Arman Abovyanın statusları xüsusilə diqqətçəkəndir. Bu yaxınlarda bu “siyasətçi” üzünü, ilk növbədə, “Türklərlə qardaşlaşmaq istəyənlərə tutaraq” deyir: “Bu gün hakimiyyətdə antierməni addımlar atanlar var, amma kim nə deyir-desin, Yer kürə formasında, qatıq ağ olduğu kimi, tüklər də bizim düşmənimizdir!”.

Daha sonra “türklərlə “qardaşlaşmaq” istəyən insanlardan tez-tez eşidilən suallara cavab verməyə çalışan” siyasətçi arqumentlərini bu cür “əsaslandırmağa” çalışır: “100 il bundan əvvəl bizi məhv edən türklər idi, bu gün də düşmənik və bunu 44 günlük müharibə də sübut edir”.

Sosial şəbəkədə onu müntəzəm izləyənlərə üz tutan keçmiş deputat onlara bu sözləri yaddan çıxarmamağı məsləhət görür: “Türk barbarları ilə qardaşlaşmağın mümkün olduğunu deyən ermənidirsə, əmin olun ki, o da türklərə satılıb”.

XIX əsrin sonlarında yaradılan “Daşnaksütyun” partiyasının proqramında yazılan və indi də aktual olaraq saxlanılan bir məqamı xatırladaq: “Türklərə və kürdlərə aman verməyin, onları öldürün! Sizi bu yoldan çəkindirməyə çalışan ermənilərin də düşmən olduğunu bir an belə unutmayın!” (Azərtac).