Vilayət Eyvazovdan yeni təyinat

 20:37 10.01.2022     3050

Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Cibgirlik Cinayətlərinə qarşı Mübarizə Şöbəsinin rəisi polis pokovnik-leytenantı Atik Cəlilzadə Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib (oxu.az).