Narkotikin təsiri altında olan daha bir sürücü SAXLANILDI - FOTO

 14:45 11.01.2022     1073

İsmayıllıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən Mulux kənd sakini Tural Cəfərovun idarə etdiyi “Niva” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.

Narkotikin təsiri altında sükan arxasında əyləşib, avtomobil sürməklə digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan T.Cəfərov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

2
Vumart və Güvən reklamı Vumart Güvən