DİN-dən əhaliyə maska XƏBƏRDARLIĞI

 17:29 11.01.2022     2362

Xəbər verildiyi kimi, Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanıb. Hazırda ictimai nəqliyyatda, ticarət mərkəzlərində və digər qapalı yerlərdə insanların tibbi maskadan düzgün istifadə etmədiyini nəzərə alsaq, təhlükəli hesab edilən "Omikron" ştamına daha çox insanın yoluxması qaçılmazdır. 

Bəs görəsən qapalı məkanlarda maska taxmaq tələbinə əməl etməyənərlə bağlı hansı tədbirlər görülür?

Mövzu ilə bağlı Redaktor.az-ın sualını Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev cavablandırıb. O bildirib ki, hazırda bu istiqamətdə reydlər davam etdirilir:

“Respublika ərazisində aidiyyatı üzrə bütün qapalı məkanlarda, ictimai nəqliyyatda nəzarət-profilaktik tədbirləri davam etdirilir. Vətəndaşlara tövsiyə edirik ki, qapalı məkanlarda tibbi maskalardan istifadə etsinlər”.

Şəbnəm Mehdizadə