Azərbaycanda "omikron"a görə karantin qaydaları sərtləşdiriləcək? - AÇIQLAMA

 09:24 12.01.2022     2749

Xəbər verdiyimiz kimi, artıq Azərbaycanda da koronavirusun "omikron" ştamı aşkarlanıb. Bu isə əhali arasında bir qədər narahatlığa səbəb olub.

Bəs görəsən yeni ştamın əlamətləri necədir və hansı fəsadları olur?  Ümumiyyətlə, Azərbaycanda yenidən karantin qaydaları sərtləşdirilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını həkim-radioloq Aydın Əliyev cavablandırıb. O bildirib ki, məhdudiyətlərin yenidən bərpa ediləcəyini gözlənilmir:

“Bu ştamma yoluxanlar xəstəliyi yüngül keçirir. Bu mənada ciddi təhlükənin olduğunu hesab etmirəm. Əsas məsələ bildiyimiz qaydalara riayət etməkdir. İnsanların sıx toplaşdığı ərazilərdə olamamalıyıq. Qapalı yerlərdə çox toplanmamalıyıq. Mövcud qaydalara riayət etmək bəs edir. Sərt karantin rejiminin bərpa ediləcəyini gözləmirəm. Bu ştamın simpotomları COVİD-19-la oxşardır. Yeni ştamın əlamətləri kəskin respirator xəstəliyinin əlamətləri ilə bənzərdir. Ağırlaşma halları da nisbətən daha azdır”.

Şəbnəm Mehdizadə