Bakıda “Gelandewagen” sürücüsü kasıbları təhqir etdi: DİN hərəkətə keçdi - VİDEO

 18:00 11.01.2022     1871

Bakıda aztəminatlı şəxsləri təhqir edən “Gelandewagen” sürücüsü barədə araşdırma aparılır. 

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

***

Bakıda “Gelandewagen” idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür (oxu.az)

Həmin görüntüləri təqdim edirik: