Azərbaycana 1 milyon 200 min doza vaksin gətiriləcək

 18:53 11.01.2022     908

Bu ay Azərbaycana növbəti dəfə yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən “Coronavac” vaksini gətiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd olunub ki, təsdiq olunmuş müqaviləyə əsasən, bu ay ərzində Çindən ölkəyə 1 milyon 200 min doza “Sinovac” şirkətinə məxsus “Coronavac” vaksininin gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur.