"Daim sosial sahəyə xüsusi diqqət göstərilir" - İlham Əliyev

 19:49 12.01.2022     308

“Bizim siyasətimizin təməlində insan faktoru mərkəzdə olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi - bütün bu sosial paket imkan verirdi ki, iqtisadi islahatları biz uğurla həyata keçirək. Keçən il qəbul edilmiş qərarın məqsədində bu faktor dayanır”, - Prezident vurğulayıb.