Rusiyadakı Səfirliyimizin əməkdaşı koronavirusdan vəfat etdi

 21:21 12.01.2022     564

Azərbaycanın Rusiyadakı Səfirliyinin təsərrüfat müdiri Həsən Səfər oğlu Hüseynov COVID-19 virusundan vaxtsız dünyasını dəyişib.

Redaktor.az bu barədə Səfirliyə istinadən xəbər verir.

Həsən Hüseynov uzun müddət ərzində Xarici İşlər Nazirliyi sistemində, o cümlədən ölkəmizin Türkiyə və Rusiyadakı səfirliklərində işləyib.