Sumqayıtda narkotik satanlar ələ keçdi

 22:04 12.01.2022     696

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Redaktor.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərində həyata keçirilən sonuncu əməliyyatlar nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan daha 3 nəfər tutulub.

Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1987-ci il təvəllüdlü Rafail Hüseynov, 1995-ci il təvəllüdlü Ülvi Saqiyev və 1966-cı il təvəllüdlü Tahir Bayramov saxlanılıb. R. Hüseynovun üzərinə keçirilən baxış zamanı onun üzərindən 2 kq marixuana, 6 qram metamfetamin və 3 qram heroin aşkar edilərək götürülüb. Ü. Saqiyev və T.Bayramovun üzərindən isə müxtəlif çəkilərdə heroin çıxıb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır. Adları çəkilən şəxslərin hər biri istintaqa təqdim olunub.