Günay Quluzadə Səhiyyə Nazirliyindən ayrıldı

 23:58 12.01.2022     397

Səhiyyə Nazirliyinin Media və Kommunikasiya Şöbəsinin əməkdaşı Günay Quluzadə öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.

Redaktor.az xəbər verir ki, bu barədə G.Quluzadə feysbuk səhifəsində özü məlumat paylaşıb.

"Əziz dostlar öz istəyimlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində  tutduğum vəzifədən ayrıldığımı bildirirəm. Çalışdığım müddətdə əlimdən gəldiyi qədər vicdanla hərəkət etmişəm. Ümid edirəm bu sahədə məndən incikliyi olan olmaz. Üzərimdə əziyyəti olan hər kəsə təşəkkürlərimi bildirirəm. Radikal qərarlər bəzən məcburi hal alır. Çox deyəcək sözüm var, eyni zamanda da tək kəlimə söz tapa bilmirəm yazmağa. İçdən duyğularımla hamıya uğurlar arzu edirəm",- deyə o, paylaşımında qeyd edib.

İLTİFAT