Prezident anonsunu verdiyi təməlqoyma MƏRASİMİNDƏ - FOTO

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də təməlqoyma mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud tədbirdə çıxış ediblər.
Prezident İlham Əliyev və şahzadə Əbdül Əziz bin Salman Əl-Səud stansiyanın təməlini qoyublar.
Qeyd edək ki, yanvarın 12-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bugünkü təməlqoyma mərasiminin anonsunu vermişdi.
“Deməliyəm ki, sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq – 240 meqavatt gücündə külək elektrik stansiyası. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür”, - deyə dövlət başçısı bildirib.