Vilayət Eyvazovdan YENİ TƏYİNAT

 14:25 13.01.2022     2052

Azərbaycanın daxili işlər orqanlarında kadr təyinatı olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Anar Xankişiyev Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinə rəis təyin olunub.

O, bu təyinata qədər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində çalışıb (oxu.az).