Bu tarixdə maqnit qasırğası gözlənilir

 14:59 13.01.2022     512

13-14 yanvar tarixlərində geomaqnit sahədə əsasən sakit şəraitin davam etməsi gözlənilir.

Bu barədə Redaktor.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd olunub ki, yanvarın 15-də günün ilk saatlarında sakit şəraitin olacağı, günün sonuna doğru tac dəliyindən çıxan axınlarla əlaqədar G1 sinifli (zəif) maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. Proqnoz dövründə Kp indeksin 2-5 intervalında olacağı gözlənilir.