“Təcrübə və Təqaüd Proqramları” “LANDAU School”la əməkdaşlıq edəcək

 17:45 13.01.2022     850

“LANDAU School” və “Təcrübə və Təqaüd Proqramları” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Redaktor.az xəbər verir ki, memorandumu “LANDAU School”un baş icraçı direktoru Timur Leznik və “Təcrübə və Təqaüd Proqramları”nın direktoru Şahin Sərdarlı imzalayıblar.

Sənəd tələbə və məzunların fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisənin kadr potensialını zənginləşdirmək məqsədilə imzalanıb.

Həyata keçiriləcək təcrübə müddətində gənclər ixtisaslarına uyğun olaraq əsl iş prosessinin içində olacaq, müvafiq sahə üzrə yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə əməliyyatlarda iştirak edecəklər. Karyera təşəbbüslərini üzə çıxarmaq və uğurlu karyera üçün gənclərə lazım olacaq texniki və fərdi bacarıqları inkişaf etdirmək imkanı qazanacaqlar.
Bundan başqa, mövcud proqram üzrə təcrübəsini uğurla başa vuran təcrübəçiyə Sertifikat təqdim ediləcək.

Qeyd edək ki, LANDAU School Bakıda fəaliyyət göstərən nüfuzlu özəl orta məktəbdir. İngilis bölməsində dərslər Britaniya kurrikulumu (“Pearson” sistemi; IGCSE və A-Level proqramları) üzrə keçirilir, lakin sonda məzunlar yerli də daxil olmaqla, 2 attestat əldə edirlər. Azərbaycan və rus bölmələrində isə dərslər yerli kurrikulum əsasında keçirilir.

9 Noyabr 2021-ci il tarixindən fəaliyyətə başlayan Təcrübə və Təqaüd Proqramları layihəsi isə təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayır. Layihənin məqsədi tələbə və məzunların fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisələrin kadr potensialını zənginləşdirməkdən ibarətdir. Təcrübə və Təqaüd Proqramları qısa müddət ərzində 20-dən çox nüfuzlu müəssisə ilə əməkdaşlıq müqaviləsi imzalanıb, hazırda təcrübə proqramları uğurla davam edir.