“Omikron” ştamında karantin müddəti nə qədərdir?

 13:40 14.01.2022     306

“Başqa mutasiyalardan fərqli olaraq, “Omikron”dan sağalma əksər hallarda daha tez baş verir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov deyib.

O qeyd edib ki, koronavirus infeksiyasının “Omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün):

“Həmçinin yeni ştamm yüksək yoluxucudur. Belə ki, onun artıq bir sıra ölkələrdə “Delta” ştammını sıxışdıraraq qısa müddət ərzində dominant ştamma çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “Omikron” ştammı əksər hallarda daha yüngül keçir, əvvəlki ştammlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir”.

T.Eyvazov bildirib ki, koronavirusun “Omikron” variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi ölkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb.