Nazir bu idarəyə rəis TƏYİN ETDİ

 15:08 14.01.2022     258

Sumqayıt şəhərində yerləşən 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsinə yeni rəis təyin olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Fərid Piriyev təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək həmin idarənin rəis əvəzi idi (unikal.org).